top of page

Həsənov Ülvi
Natiq oğlu
31.12.2001 – 11.11.2020

Foto

Həyat hekayəsi

Ülvi Natiq oğlu Həsənov 2001-ci il dekabrın 31-ində Mingəçevir şəhərində anadan olub. 2008-2019-cu illərdə Mingəçevir şəhər 17 saylı məktəbdə orta təhsil alıb. Məzun olduqdan sonra Ağdam Dövlət Sosial-iqtisadi Kollecinin "Maliyyə işi" ixtisasına qəbul olunub. Avarçəkmə üzrə Gənclər İdman Məktəbinin üzvü idi. Şahmatla da məşğul olurdu. Müxtəlif yarışmalarda uğurla iştirak edib, diplom və medallarla təltif edilib.
2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətdə kəşfiyyatçı kimi yetişib. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak etmək, ön cəbhəyə getmək üçün ailəsindən xəbərsiz könüllü olaraq müraciət edib. Müraciəti qəbul edilib və Ülvi Həsənov ön cəbhəyə yollanıb. Cəbrayıl, Füzuli, Xocavənd, Hadrut, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. Ülvi Həsənov 11 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Vətən qarşısındakı müstəsna xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Ülvi Həsənov ölümündən sonra, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə","Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə","Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

bottom of page