top of page

Qocayev Seymur
Mahir oğlu
29.01.1996 – 07.11.2020

Foto

Həyat hekayəsi

Azərbaycan Silahlı Qüvvələrinin XTQ kəşfiyyatçısı. Vətən müharibəsi şəhidi Seymur Mahir oğlu Qocayev 29 yanvar 1996-ci ildə Quba rayon Bağbanlı qəsəbəsində dünyaya gəlib.
Qubanın Bağbanlı qəsəbəsində anadan olan Seymur Xüsusi Təyinatlı Qüvvələrin tarix yazaraq şəhadətə yüksələn kəşfiyyatçılarındandır. 44 günlük Vətən müharibəsində peşəkar kəşfiyyatçı kimi ən öndə savaşan 24 yaşlı Seymur, Murovdağ zirvəsi, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərdə, eləcə də Hadrut qəsəbəsinin düşməndən azad olunmasında böyük şücaət göstərib.
Şəhid kəşfiyyatçımız Seymur daim şəhidlərimizin qisasını almaq və torpaqlarımızı azad etmək istəyi ilə yaşayıb. Bu arzusunu reallaşdırarkən noyabrın 7-də Şuşa uğrunda döyüşlərdə özü də şəhid olur.
Vətən qarşısındakı müstəsna xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Seymur Qocayev ölümündən sonra  
 "Vətən uğrunda", ”Döyüşdə fərqlənməyə görə”, "Kəlbəcərin azad olunmasına görə" "Şuşanın azad olunmasına görə"medalları ilə təltif edilmişdir.

bottom of page