top of page

Həsənzadə Əbülhəsən
Mirzə oğlu
20.08.1997 – 06.11.2020

Foto

Həyat hekayəsi

Şəhid Həsənzadə Əbülhəsən Mirzə oğlu 20 avqust 1997- ci il tarixdə Lənkəran rayonunun Havzava kəndində anadan olmuşdur.
2003- cü ildə şəhid Aydın Əliyev adına Havzava kənd tam orta məktəbinin 1- ci sinifinə gedib. Və 2014- cü ildə həmən məktəbdə 11- illik təhsilini başa vurub.
Əbülhəsən həm də oxuduğu ərəfədə -2012 Lənkəran İslam Kollecinə (rəsmi mədrəsə) daxil olub və 2014-cü ildə kolleci başa vurur.
2015- ci ildə hərbi xidmətə yollanıb. Xidməti dövründə kəşfiyyatçı kimi Vətənə borcunu şərəflə yerinə yetirən Əbülhəsən həmin ildə baş verən «Aprel döyüşləri»nin iştirakçısı olub.
2017- ci ildə hərbi xidməti bitirib.
2020- ci ildə Ali Baş Komandanın qismən səfərbərlik əmrinə əsasən ikinci Qarabağ döyüşlərındə iştirak etmək üçün cəbhəyə yollanıb.
2020- ci il noyabr ayının 4- ü qızğın döyüşlərin birində şəhid olur.
2020- ci il noyabr ayının 6- sı Havzava kənd qəbristanlığında torpağa tapşırılıb.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lənkəran rayonunun Havzava kəndində anadan olan Əbülhəsən Mirzə oğlu Həsənzadə ölümündən sonra “Qubadlının azad olunmasına görə” və «Vətən uğrunda» medalları ilə təltif edilib.

bottom of page