top of page

İbrahimov Alim
Səhrab oğlu
26.12.1993 – 02.11.2020

Foto

Həyat hekayəsi

İbrahimov Alim Səhrab oğlu 26 dekabr 1993-cü ildə Ucar rayon Qazıqumlaq kəndində anadan olmuşdur.
2001-2010-cu illərdə Mingəçevir şəhər 4 saylı məktəbdə təhsil almışdır.
2004-2010-cu illərdə Mingəçevir şəhər 2 saylı Bülbül adına musiqi məktəbində qarmon ixtisası üzrə təhsil almış və 2010-cu illdə Milli Konservatoriyanın nəzdindəki musiqi kollecinə daxil olub.
2014-cü ildə həmin məktəbi qarmon müəllimi ixtisası üzrə bitirmişdir.2017-ci ildən Arif Məmmədov adına Göyçay uşaq musiqi vəzifəsində çalışmışdır.
21 Sentyabr 2020-ci il tarixində hərbi təlimlərə qatılmışdır.
02 Noyabr tarixində Azərbaycan torpaqlarını erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalmışdır.
Vətən qarşısındakı müstəsna xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Alim İbrahimov ölümündən sonra  
"Vətən uğrunda", “Cəsur Döyüşçü”, "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

bottom of page