top of page

Seyidov Şahmar
Fikrət oğlu
21.02.1997 – 12.10.2020

Foto

Həyat hekayəsi

Şəhid Şahmar Seyidov 21 Fevral 1997 ci ildə Mingəçevir şəhərində kasıb bir ailədə anadan olmuş və ailənin ikinci övladı olmuşdur. Ailə üzvləri Atası Seyidov Fikrət, Anası Seyidova Əsməgül və Qardaşı Seyidov İlkin olmuşdur.
İlk təhsilini Mingəçevir şəhərində 47saylı Ağdam tam orta məktəbində başlayır. Məktəbdə Şahmar uşaq vaxtlarından sakitçiliyi və disiplini olması ilə fərqlənmişdir, dərslərdə fəal iştirak edərək məktəb heyyətinin hörmətini qazanmışdır və uşaq yaşlarından idmana həvəs göstərmişdir və bir müddət Kikboksinq idman növü ilə məşğul olmuşdur, 9-cu sinifi bitirdikdən sonra isə Texniki peşə məktəbində çilingər peşəsinə yiyələnib.
İllərlə ailəsi ilə birgə yataqxanada yaşamışlar uşaq yaşlarından qardaşı ilə birlikdə işləməyə başlayaraq ailəsinə kömək etməyə başlayır bir müddət dəmirçi işləyən Şahmar sonradan Plastik qapı pəncərə yığmağı öyrənərək usta kimi çalışmağa başlayıb. Ailəsi ilə çox çətinliklər yaşayan Şahmar ailəsi ilə çalışaraq yataqxana həyatından qurtarıb özlərinə bağ evi tikdilər və orada yaşamağa başladılar.
2015-2017 ci ildə Şahmarda hər bir Azərbaycan gənci kimi hərbi xidmətə yollanır hərbi xidməti Bakıda Prezident qarnizonunda həqiqi xidmətdə olmuş və xidmət zamanıda Şahmar fəallığı və disiplinili olmasına görə fərqlənərək özünə qarşı komandir və əsgər heyyəti tərəfindən sevilmiş və hörmət bəslənmişdir. 2016-cı il oktyabr ayında hərbi xidməti başa vurduqdan sonra öz evinə geri dönmüşdür. Lakin evə dönən Şahmar evinə gəldiyi zaman atasının ağır xəstəliyə tutulduğunu öyrənir, elə bir müddət sonra 2017 ci il yanvar ayının 15-i atası xərçəng xəstəliyindən vəfat edir Atasının vəfatından sonrada Ailəsi ilə çox çətinliklər yaşamışdır. Bir müddət əvvəlki peşəsi ilə məşğul olmağa başlamış Mingəçevir və Bakı şəhərlərində plastik qapı pəncərə ustası kimi çalışmış, və çalışdığı müddətdə hər zaman hərbiçi olmaq istəyən Şahmar MAXE olmaq üçün dəfələrlə müraciət etmiş ancaq qəbul ola bilməmişdir və nəhayət öz arzusuna 2020 ci il Fevral ayında nail olmuş və MAXE kimi 708 saylı hərbi hissədə xidmətə başlamışdır. Xidmətə başlayan gündən burada hər kəsin rəğbətini qazanan Şahmar tapşırıqları dəqiq və qüsursuz yerinə yetirdiyi üçün fəxri fərmanlarla mükafatlandırılır.
Nəhayət o gün gəlib çatır 30 il düşman tapdağı altında olan torpaqlarımızın işğaldan azad edilməsini arzulayan hər bir Azərbaycan gənci kimi Şahmarda 27.09.2020 ci il tarixində başlayan ikinci Qarabağ döyüşlərinə ilk gündən etibarən qatılır. Sonuncu dəfə öz evinə Sentyabr ayının 22-si gəlib, 24-də isə yenidən xidmətə yollanır. Döyüşlərə Tərtər Ağdərə istiqamətində başlayır Suqovuşan Talış Ağuçuq və Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə fəal iştirak edir ailəsi ilə telefon danışıqlarında məndən nigaran olmayın mən yaxşıyam düşmən bizdən qorxur deyərək Anasını təsəlli etdirmiriş. Şahmar subay idi hər dəfə Anası ilə danışan zaman ana mən gələcəm gələn kimi mənə toy edərsən deyərdi Anası pis olmasın deyənə hətta yaralandığını belə bildirməmişdir. Anası onun yaralandığını bildikdən sonra nəqədər məcbur etsədəki oğul yaralısan qayıt gəl hospitala o geri dönməmiş və Ana mən vətənimi və döyüş yoldaşlarımı geridə qoyub gələ bilmərəm məndən nigaran olma mən yaxşıyam deyərək döyüşlərə davam etmişdir. Sonuncu dəfə 07.10.2020 ci il tarixində anası ilə telefon əlaqəsi saxlayıb ana haqqını halal et bilmək olmaz başıma nə iş gələcək deyərək anasından halallıq istəmiş və mənə bir iki gün zəng çatmaya bilər çox narahat olma özüm sənlə əlaqə saxlayacam deyərək vidalaşır və 10.10.2020 ci il tarixində Ağdərə istiqamətində gedən ağır döyüşlər nəticəsində qəhrəmancasına Şəhid olmuşdur.
12.10.2020 ci il tarixində doğulub boya-başa çatdığı Mingəçevir şəhərində şəhidlər xiyabanında dəfn edilmişdir.
Vətən qarşısındakı müstəsna xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Şahmar Seyidov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın Azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.

bottom of page