top of page

Quliyev Elman
Qubat oğlu
13.01.1963 - 05.04.1992

Foto
Video

Həyat hekayəsi

Quliyev Elman Qubat oğlu13 yanvar 1963 cü ildə Füzuli rayonun Hoğa kəndində (indiki Ücbulaq) anadan olub. 1977- ci ildə Hoğa kənd 8 illik məktəbini bitirib və Füzuli rayon Bünyad Sərdarov adına orta məktəbin 9 cu sinfinə daxil olub. 1980 - cı ildə orta məktəbi bitirib, Ağdam rayonunun ərazisində yerləşən sürücülük məktəbinə daxil olmuş və 1981 ci ildə sürücülük məktəbini bitirmişdir. 1982 ci ildə ordu sıralarına xidmətə cağrılmış və O, Batumi şəhərində yerləşən artilleriya hissələrinin birində qulluq etmişdir. 1984 cü ildə xidməti borcunu yerinə yetirib, Hoğa kəndinə qayıtmış və kəndin Həzi Aslanov adına sovxozunda əvvəl çilingər, sonra sürücü işləmişdir. 1988 ci ildə "Bakı maliyyə kredit texnikumu" na daxil olmuş və 1991 ci ildə oranı bitirmişdir. 1989 cu ildən Hoğa kənd H. Aslanov adına sovxozunun yanacaq doldurma məntəqəsində müdir işləmiş və həmin ildə Elman Fizuli rayon Hoğa kənd XDS nə deputat seçilmişdir. 1989 - cu ildən Hoğa kəndində təşkil olunmuş könüllülərdən ibarət ilk dəstənin təşkilatçılarından biri olmuşdur. Böyük qardaşı Quliyev Faiq Qubat oğlu ilə bir dəstədə döyüşmüşdür. Artıq Füzuli rayonunda ilk batalyon lar yarananda ilk könüllü yazılanlardan biri məhz Elman olmuşdur. Quliyev Elman Qubat oğlu dəfələrlə erməni quldurlarının tutulub Füzuli rayon DİŞ nə verilməsinin iştirakçısı olub. İki dəfə O, şəxsi maşınında erməni cəsusunu tutub Füzuli rayon DİŞ nə təhvil vermişdir. O, 839 nömrəli batalyonun tərkibində yerləşən totada qulluq edirdi. 1992 ci ilin mart ayının 31 də erməni işğalçılarının hücumu nəticəsində Elmanın döyüş yoldaşı Cəfərov Elyar yaralanır. Elman nəyin bahasına olursa olsun döyüş yoldaşını döyüş bölgəsindən çıxarıb, xilas etmək qərarına gəlir. Elman döyüş yoldaşını ermənilərin əlindən xilas edərkən maşın minaya düşüb partlayır. Döyüş yoldaşını xilas etmək mümkün olsa da, ancaq Elman özü 1992 ci il aprel ayının 5 də əbədi olaraq gözünü yumub şəhadətə qovuşdu. Bakıda şəhidlər xiyabanında dəfn olunub. Subay idi. Ölümündən sonra prezident İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı ilə təltif olunub.

bottom of page