top of page

Bayramov Elnur
Şəmsi oglu
25.01.1992 – 28.10.2000

Foto

Həyat hekayəsi

Bayramov Elnur Şəmsi oglu 25.01.1992 - ci il tarixində İmişli rayonunun Şahverdili kəndində anadan olmuşdur. 2000-ci ildə həmin kəndin məktəbinə 1 ci sinifə getmiş, 2011-ci ildə məktəbi bitirmişdir. 2012-ci ildə imişli Rayon komissarlıq tərəfindən hərbi xidmətə cağrılmışdır. Elnur hərbi xidməti Qazaq rayonunun Musaköy kəndində Zirvə köy postunda qulluq etmişdir. Xidməti başa vurduğdan sonra o, öz yaşadığı İmişli rayonu Şahverdili kəndinə qayıtmışdır və 2020 ci ildə Heydər əliyev adına “SOCAR” emal zavoduna işə düzəlmişdi. Elnur 2020 ci ilin sentyabrın 21 tarixində İmişli rayon komissarlığı tərəfindən səfərbərliyə cağrılmışdır və 2020 ci ilin 27 sentiyabrda Vətən uğrunda gedən döyüşlərdə üc qardaş ücüdə iştirak etmişdir və gedən döyüşlərdə Elnur 3 qəlpə yarasından ayağından yaralanmışdır. Elnur 1 həftə müalicə alandan sonra yaralı vəziyyətdə yenə döyüşlərə atılmışdır. 26 oktyabr 2000-ci il tarixdə Elnur qəhrəmancasına şəhid oldu və 28 oktyabr öz yaşadığı İmişli rayon Şahverdili kəndində dəfn olundu.
Vətən qarşısındakı müstəsna xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Elnur Bayramov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", medalları ilə və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

bottom of page