Həyat hekayəsi
Şəhid Nurizadə Qalib Habil oğlu 10.06.1996-cı ildə Lənkəran rayonunun Qəgiran kəndində anadan olub. Qalib 2002-ci ildə Lənkəran rayonunun Qəgiran kənd tam orta məktəbin 1-ci sinfində dərsə başlayır. Həmin məktəbin 11-ci sinifini 2013-cü ildə bitirmişdir. Qalib 2014-2016-cı illərdə Silahlı Qüvvələrin N saylı hərbi hissəsində baş manqa atıcısı vəzifəsində həqiqi hərbi xidmət keçmişdir. Şəhid Nurizadə Qalib 44 günlük vətən müharibəsi zamanı 21.09.2020-ci ildə təlimlərə qoşularaq sentyabrın 27-sində başlayan döyüşlərdə Füzuli və Şuşa ətrafı ərazilərin azad olunmasında qəhrəmancasına iştirak etmişdir. Bu döyüşdə torpaqlarımız uğrunda son nəfəsinə qədər vuruşaraq noyabrın 4-də müqəddəs Şuşa şəhərinin azad olunması üçün son damla qanını torpağa verərək qəhrəmancasına şəhid olmuş, dekabrın 10-da doğulub boya-başa çatdığı Qəgiran kənd qəbiristanlığında dəfn olunmuşdur. Şəhidin adına Qəgiran kəndində Bulaq və Şilavar kəndində adına Küçə (Şəhid Nurizadə Qalib küçəsi) verilmişdir. Şəhid Nurizadə Qalib Habil oğlu ölümündən sonra Cənab prezident Ali baş komandanın sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” “İgidliyə görə”, “Şücaətə görə” medalları ilə təltif edilmişdir.
Şəhid Qalibin son sözü: Allaha ibadət, vətənə xidmət!