top of page

Hacıyev Nicat
Cahangir oğlu
25.05.1989 – 02.10.2020

Foto

Həyat hekayəsi

1989-cu il mayın 25-də Füzuli şəhərində anadan olub. 1993-cü ildə Ermənistan Silahlı Qüvvələrinin Füzuli şəhərini işğal eləməsindən sonra ailəsi ilə birgə Mingəçevir şəhərində yaşamağa başlayıb. 1996-2007-ci illərdə Mingəçevir şəhərində 4 nömrəli tam orta məktəbdə təhsil alıb. Nicat Hacıyev 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurandan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2016-cı ilin aprel döyüşlərində də savaşıb. Şəhidimiz nişanlı idi.
Azərbaycan Ordusunun əsgəri olan Nicat Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Hacıyev Füzuli, Cəbrayıl istiqamətində gedən döyüşlərdə düşmənlə təmas xəttində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Nicat Hacıyev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif edilib.

bottom of page