top of page

Hüseynli Bəxtiyar
Bahadur oğlu
01.09.1959 – 11.04.1994

Foto
Video

Həyat hekayəsi

Bəxtiyar Bahadur oğlu Hüseyinli 1959 cu il sentyabr ayının 01 də Bakı şəhərinin Mərdəkan qəsəbəsində anadan olub. 1976 cı ildə Bakı şəhər 181 Nömrəli tam orta məktəbi bitirmiş və Qala qəsəbəsindəki 53 saylı texniki peşə məktəbinə daxil olmuşdur. 1977 ci ildə oranı avtomobil çilingər i ixtisası üzrə bitirərək Azərbaycan Neft akademiyasının energetika fakultəsinin axşam şöbəsinə daxil olmuş, eyni zamanda Bakı Kooperativ texnikomunda işləmiş, 1982 ci ildə Bakı şəhər Elektrik Şəbəkəsində (X şəbəkə rayonu üzrə) texnik, daha sonra usta işləmişdir. 1985 ci ildə mühəndis energetik ixtisası üzrə ali təhsilini başa vurmuşdur. Həmin ili ailə qurmuşdur. 1987 ci ildən Sumqayıt şəhərinə köcərək əvvəlcə "Sumqayıt Əlvanmetal" İB də elektrik ustası, 1990 cı ildən isə Kompressorlar zavodunda energetik vəzifəsində işləmişdir. Energetika üzrə yüksək ixtisaslı, bilikli mütəxəssis olmaqla yanaşı Bəxtiyar Hüseyinli eyni zamanda məmləkətimizin tarixini və etnoqrafiyasını, türk ədəbiyyatı və dilciliyini sərbəst çalışma yolu ilə dərindən mənimsəmiş, bu elmlərin hələ tədqiq olunmamış sahələrinə aid elmi - publisistik məqalələr yazmışdır. O Sumqayıt gənclərinin "Dəniz" ədəbi məclisinin ən fəal üzvlərindən biri, alovlu vətənpərvərliyi ilə sevilən əsil Azərbaycan vətəndaşı və kövrək qəlbli bir şair idi. Bəxtiyarın "Susmayın qardaşlarım" məqaləsindən götürülmüş aşağıdakı cümlələr onun qısa, lakin mənalı və şərəfli ömrünün qayəsinə çevrildi. "Mən yalnız özümü düşünüb tamam başqa bir yol secə bilərdim, secmədim. Xalqımın, vətənimin azadlığını dünyada hər şeydən üstün tutdum. Başqa cür ola da bilməzdi. Əks təqdirdə özümü Azərbaycan vətəndaşı olmaq hüququndan məhrum edərdim".1992 ci ildən könüllü olaraq cəbhəyə yollandı. Bəxtiyarın ilk döyüş yolu Füzuli bölgəsindən başlandı. 1993 cü ilin oktyabr ayından isə hərbi komissarlığın göndərişi ilə Ağdam rayonunun Cəmənli kəndində yerləşən Sumqayıt batalyonunun tərkibində hərbi xidmətə başladı. Cəbhə xəttində gedən ağır döyüşlərdə iştirak etdi. 1994 cü ilin aprelində cəbhə xəttini yarmaq istəyən düşmən ordusuna qarşı gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid oldu. Sumqayıtın şəhidlər xiyabanında dəfn olunub. Ailəlidir. Bir oğlu var.

bottom of page