top of page

Mirzəyev Bəxtiyar
Əlövsət oğlu
18.10.1974 – 11.04.1994

Foto
Video

Həyat hekayəsi

Mirzəyev Bəxtiyar Əlövsət oğlu 1974-cü il oktyabr ayının 18 də Sumqayıt şəhərində anadan olub. 1981-1989-cu ildə 29 saylı məktəbdə səkkizillik təhsil almışdır. Bəxtiyar məktəb illərində dərsə davranışı ilə fərqlənirdi. Məktəbdə ictimai tədbirlərdə fəal iştirak etmişdir. O idmana və hərbi təlimə xüsusi maraq göstərirdi. Respublikamızın üstünü qara buludlar aldığı bir zamanda Bəxtiyar Mirzəyev cox narahatçılıq kecirmiş, Hərbi Komissarlığa müraciət edərək döyüş bölgəsinə getməyi xahiş etmişdir. O 1992-ci ildə Azərbaycanın Milli Ordusuna xidmət etməyə başlamışdır. Bəxtiyar ilk növbədə hərbi texnikanın sirlərini öyrənmək üçün təlim məşq vaxtlarından səmərəli istifadə etmişdir. 1994-cü ilin yanvarında ön cəbhəyə Ağdama gəlmiş, bir sıra döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərmişdir. Onun son döyüşü Ağdamın Cəmənli kəndi olmuşdur. Mirzəyev Bəxtiyar Əlövsət oğlu 1994-cü il aprel ayının 11 də Cəmənli kəndində mühüm bir tapşırığı yerinə yetirərkən ağır yaralanmış və şəhidlik zirvəsinə yüksəlmişdir.

bottom of page