top of page

Budaqov Yusif
Ramiq oğlu
11.10.1997 – 27.10.2020

Foto

Həyat hekayəsi

Yusif Budaqov 11 oktyabr 1997-ci ildə Bakı şəhərində doğulub. Ailənin yeganə övladı olan Yusif  1997-ci il oktyabrın 11-də Bakı şəhərində anadan olub. 2003-2014-ci illərdə Bakı şəhərindəki 132 saylı orta məktəbdə təhsil alıb. 2015-2017-ci illərdə hərbi xidmətdə olub, daha sonra dizayn üzrə kollec təhsili alıb. Atası dünyadan erkən köçdüyündən Yusif Bakı şəhərindəki klinikada işə düzələrək, baş texnik vəzifəsində çalışıb. Budqov Yusif torpaqlarımızın azadlığı uğrunda 2020-ci il sentyabrında başlanan Vətən müharibəsində qəhrəmancasına iştirak edib və şəhid olub.
Qeyd edim ki, hazırda şəhidimizin xatirəsinə Mehdi Hüseyn 51 küeçəsində əvvəllər yaşadıqları mənzilin yanında baralyefi qoyulub.
Yusif Budaqov Ramiq oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavənd döyüşlərində savaşıb. 20 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində şəhid olub. Şəhidimizin nəşi oktyabrın 30-da yaxınlarına təhvil verilib, oktyabrın 31-də də Badamdar qəbiristanlığında dəfn edilib. Aprel döyüşlərində iştirak edən Yusif Budaqov Vətən müharibəsinin ilk günlərindən döyüşə qatılmış və oktyabrın 27-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş müvafiq sərəncamlara əsasən Yusif Budaqov ölümündən sonra “Vətən uğrunda” , ”Xocavəndin azad olunmasına görə ", “Füzulinin azad olunmasına görə” medalları ilə və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

bottom of page