top of page

Əhədzadə İlkin
Qələmşah oğlu
26.06.1985 – 01.10.2020

Foto

Həyat hekayəsi

İlkin Qələmşah oğlu Əhədzadə 26 iyun 1985-ci ildə Bakı şəhərində anadan olub. 3 qardaş olmaqla ailədə 5 nəfər olublar. Uşaqlıq illəri doğulduğu Bakı şəhərində keçib. 1992-ci ildə Bakı şəhər 51 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub və 2000-ci ildə həmin məktəbin 8-ci sinifini başa vurub. Həmin il Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub və 2003-cü ildə liseyi bitirib.
İlkin Əhədzadə nümunəvi xidmətinə görə bir çox medallarla - III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilib.
27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən II Qarabağ müharibəsində tabor komandirinin müavini, mayor İlkin Əhədzadə döyüşə qatılıb, Kəlbəcərin alınmasında xüsusi qəhrəmanlıq göstərib. Mayor İlkin Əhədzadə bir tabor komandiri kimi daim öndə vuruşub, düşmənə sarsıdıcı zərbələr endirib, xeyli sayda canlı qüvvəsini məhv edib. İgid komandir Əhədzadə İlkin Kəlbəcər istiqamətində üç post ələ keçirib və həmin postlara təminat apardığı zaman 1 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olub. Şəhidin nəşi Bakı şəhərinə gətirilərək II Fəxri Xiyabanda torpağa tapşırılıb.
Şəhidimiz ailəli idi, 2 qızını və 1 oğlunu xalqımıza əmanət qoydu.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncmlarına əsasən İlkin Əhədzadə ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "İgidliyə görə" medalı ilə və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.

bottom of page