top of page

Şükürlü Nicat
Ayaz oğlu
23.10.1991 – 11.10.2020

Foto

Həyat hekayəsi

Şükürlü Nicat Ayaz oğlu 1991-ci il oktyabrın 23-də Bakıda Bayıl qəsəbəsində anadan olmuşdur.Tam orta təhsilini 49 nömrəli məktəbdə alan Nicat məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır.2014-cü ildə Bakı Slavyan Universiteti beynəlxalq münasibətlər fakültəsinə daxil olur. Universitet illərində özəl şirkətlərdən birində çalışmağa başlayır. Nicat qazandığı bilik,bacarıqları,sahib olduğu müsbət keyfiyyətləri ilə yaşıdları arasında hər zaman seçilirdi. Dostları ilə vaxt keçirməyi,boş vaxtlarında futbol oynamağı xoşlayırdı.Dinə bağlı insan idi,kiçik yaşlarından namaz qılıb,oruc tutardı.Nicat Vətəni sevməyi hər şeydən üstün tuturdu.Buna görə də Tovuz hadisələrindən sonra hərbi komissarliqda adını könüllü olaraq yazdırır.2-ci Qarabağ müharibəsi başlayan gündən təkidlə döyüşlərdə iştirak etmək istədiyini bildirir və sentyabrın 29da cebhəyə yola düşür.Cəbhəyə getdiyi ilk gündən öz cəsarəti,çevikliyi ilə fərqlənərək Manqa Komandiri seçilir.Füzuli rayonunun alınması uğrunda gedən döyüşlərdə yaxından iştirak edən Nicat 11 oktyabr Hadrutda yaralı döyüş yoldaşlarını xilas ederken qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.
Çavuş Nicat Şükürlü Prezident Ilham Əliyevin sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Fizulinin azad olunmasina görə", "Xocavəndin azad olunmasina görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə"ordeni ilə təltif edilib.
Şəhadətindən sonra, böyüyüb boya başa çatdığı "Buxta" küçəsi Şəhid Nicat Şükürlünün adına verildi.

bottom of page