Həyat hekayəsi
Şirinov Etibar Fazil oğlu 1993-cü il avqustun 27-də İsmayıllı rayonunun İvanovka kəndində anadan olmuşdur. Etibar 10-cu sinifə qədər İvanovka kənd orta məktəbində oxumuşdur . 2010-2011-ci illərdə Zaqatala rayonu Əliabad kənd mədrəsəsində həm dini, həm də orta təhsil almışdır.
2011-ci ilin oktyabr ayında hərbi xidmətə gedir. Hərbi xidmətdə olduğu müddətdə könüllü olaraq Xüsusi Təyinatlı qüvvələrin hazırlıq kursuna yazılır. 2013-cü ilin aprel ayında hərbi xidməti başa vurur. Hərbi xidmətdən qayıtdıqdan sonra bir müddət Bakıda çilingər işləyir. Sonra isə həmin sahə üzrə Göyçayda işləməyə davam edir.
2020-ci ilin iyun ayında ailə qurur. Elə 2020-ci sentyabr ilin senytabr ayında Vətən müharibəsi başlayır və Etibar könüllü olaraq SHXÇDXD- də qeydiyyatdan keçir və müharibəyə yollanır.
Gedərkən özü ilə bir ovuc torpaq və bayraq aparır. Deyir ki, bayrağı Şuşada sancacam, torpaq da şəhid olsam üstümdə olsun, məzarıma tökərlər. Evdən çıxarkən dediyi son sözlər belə olur :
“ Biz gedib tarix yazacağıq, siz bizi tarix kitablarından oxuyacaqsınız."
Müharibədə igidliklə, qəhrəmanlıqla döyüşüb az vaxtda " İsmayıllı Canavarı " kimi ad qazanır.
İlk döyüşlərə Horadizdə girir və həmişə öndə gedir.Döyüşlərdə ayağından yaralanır,lakin hospitala getməkdən və tibbi xidmətdən imtina edir və döyüşlərə davam edir.Bütün döyüşlərdə böyük şücaət göstərir. Zəngilan şəhərinin və kəndlərinin azad olunmasında yaxından iştirak edir . Cəbrayıl və Xocavəndin azad olunmasında da gedən döyüşlərdə qəhrəmanlıqla vuruşur.
Müharibənin bitməsinə 1 gün qalmış Zəngilanda azad olunmuş torpaqların kəşfiyyat yoxlama əməliyyatı zamanı döyüş yoldaşı ilə birgə ( 9 noyabr 2020-il ) Şəhid olur.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Etibar Şirinov ölümündən sonra " Vətən uğrunda" ," Cəsur döyüşçü" , " Cəbrayılın azad edilməsinə görə" , " Zəngilanın azad edilməsinə görə" , " Xocavəndin azad edilməsinə görə" medalları ilə təltif olunur.
Etibar çox vətənpərvər, millətinə , xalqına bağlı idi.
Atası Şirinov Fazil də Birinci Qarabağ müharibəsi veteranıdır.
3 il Birinci Qarabağ müharibəsində döyüşüb.
Etibar evin yeganə oğul övladı idi. İki bacının bir qardaşı idi.
Allah bütün Şəhidlərə rəhmət etsin. Şəhidlər bizim fəxrimiz ,başımınız tacıdır.
Etibarın sözləri : “Yaşasın Azərbaycan ordusu, yaşasın Azərbaycan xalqı. Nə qədər ki biz varıq burda, rahat yaşaya bilər Azərbaycan xalqı.”