Həyat hekayəsi
Əlibəyli Mikayıl Xaliqverdi oğlu 1992-ci il, dekabrın 23-də Mingəçevir şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Sumqayıt şəhərində hərbi xidmət keçib. Xidmətdən qayıtdıqdan sonra Bakı şəhərində bir müddət şirniyyat sexində çörəkçi olub. İki il müddətə yaxın isə Mingəçevirdə çörəkçi işləyib.
Vətən Müharibəmiz başlayanda Vətənin müdafiəsinə yola düşüb. Tərtər, Ağdərə, Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edib. Ağdərə istiqamətində döyüş tapşırığını yerinə yetirərkən oktyabrın 6-da qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Oktyabrın 7-də Mingəçevirin Şəhidlər Xiyabanında dəfn edilib.
20.12.2022-ci il tarixində öz yaşadığı küçəyə Milkayıl Əlibeylinin adı verilmişdir və həmin küçədə Şəhidin adına bulaq da inşa olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə Mikayıl Əlibeyli , ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.