Həyat hekayəsi
Şəhid Qayıbov Rizvan Nüsrət oğlu 26.05.1965 çi ildə Gədəbəy rayonu Kiçik Qaramurad kəndində dünyaya göz açmışdı.Həmin kənddə orta məktəbi bitirib.Təhsilini davam etdirməyə üçün Sumqayıt şəhərinə gəlmiş. Hərbi xidmətini Almaniyada etmişdi. Hərbi xidmətini başa vurduğdan sonra vətənə dönmüş istehsalatda əmək faliyətinə başlamışdi. Mənfur ermənilərin vətənimizə hücumu zamanı o da bir çox gənclər kimi vətəni müdafiyəyə yollanmışdi. O tankist idi vətənin onun kimi oğullara çox ehtiyacı var idi Rizvan könüllü olarağ cəbhəyə gedir və 04. 01. 1994 çi ildə Füzulidə gedən döyüşlərdə qəhrəmancasına şəhadətə qovuşur. Rizvan aləli idi sevib seçdiyi qızla . Bir qızi və üzünü görmədiyi oğlu onun əmanətləri. Oğlu atasının adını şərəflə daşıyır. İki nəvəsi var hazırda.Vətəni bizdən çox sevdi Rizvan.
Ruhun şad məqamın uca olsun Şəhidim.