Həyat hekayəsi
Rüstəm 22 sentyabr 1998 ci ildə, Abşeron rayonu güzdək qəsəbəsində anadan olmuşdur. Uşaqlıqdan arzusu torpaqlarımızı düşmən əsarətindən qurtarmaq, torpaqlarımızı azad etmək idi. O mərdliyi, cəsarəti, xoş qəlbi ilə digərlərindən hər zaman seçilərdi. Allah qatında da, seçilmişlərdən imiş…Rüstəm Turabov ailənin tək oğul övladı idi. 2016 cı ilin oktyabrında o müddətli hərbi xidmətə yollanır. Xidmətini Şəmkir rayonunun n saylı hərbi hissəsində başa vuraraq 2018 ci il aprel ayında hərbi xidmətdən qayıdır.2020 ci il Tovuz döyüşlərində, şəhid olan General Mayor Polad Həşimovun ölümü ilə barışmayan Turabov, adını könüllülər siyahısına yazdırdı. Lakin ailəsinin bundan xəbəri yox idi. 2020 ci il sentyabrn 27 -də 44 günlük müharibə başlandı… 28 də, artıq Turabova hərbi komissarlıqdan çağırış vərəqəsi gəldi. Artıq o arzusuna qovuşmuşdu. Uşaqlıqdan vətən həsrəti, torpaq eşqiylə böyüyən igid Rüstəm artıq kiçik xəyallar quran uşaq deyildi. Xəyallarına nail olacaqdı. Torpaqlarımızın alınması uğrunda döyüşəcəkdi. 29 sentyabr Turabov, döyüşlərə yollandı. Onun döyüş yolu Fizuli ,Cəbrayıl,Hadrut, Xocavənddən keçdi. Turabov 18 oktyabr Xocavəndin ərgünəş yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Və o ən böyük arzusuna qovuşdu. Həm torpaqları aldı, həm də,canını qoydu. Yoxluğu ağır idi ailəsinə, ama o onlara cənnəti də müjdələmişdi…Döyüş yoldaşları Rüstəmin şəhadətindən danışır: “-Son nəfəsinə kimi cəsarətlə savaşdı, hər zaman öndə gedərdi, özü qorxmazdı, düşmənin üzərinə qorxu salardı. Şəhid olduğu zaman üzündə qəribə gözəl bir təbəssüm var idi.. Gülə-gülə şəhid oldu Turabov… “ -kimi sözlər…Azərbaycan Respublikasının prezidenti İ.Əliyevin müvafiq sərəncamları ilə Rüstəm Turabov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Allah şəhidlərimizə rəhmət eləsin.