top of page

Mehdiyev Feyruz
Sahib oğlu
15.08.1962 – 24.04.1994

Foto
Video

Həyat hekayəsi

Feyruz Sabir oğlu Mehdiyev 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Tovuz rayonundan idi. Hərbi xidmətə Sovet Ordusuna Ukraynaya çağırılıb. 1983-cü ildə hərbi xidməti başa vuraraq, Bakıya qayıdır. 1984-cü ildə sənədlərini Azərbaycan Pedaqoji Universitetinin Tarix fakültəsinə verir, oraya qəbul olunur və qiyabi olaraq təhsilini davam etdirir. Universiteti bitirdikdən sonra Xətai rayon 264 saylı orta məktəbdə tarix fənni üzrə müəllim işləyir. 1991-ci ilin noyabr ayında könüllü olaraq Qarabağa, Şuşa şəhərinin müdafiəsinə yollanır. Bir müddət sonra leytenant rütbəsinə qədər yüksəlir. 1994- cü il aprel ayının 24 -ü Ağdam rayonu uğrunda gedən döyüşlərdə şəhid olur. Tovuz rayonun Aşağıquşçu kəndinin Şəhidlər Xiyabanında dəfn olunur.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Feyruz Mehdiyev ölümündən sonra, "Azərbaycan Bayrağı" ordenləri ilə təltif olunmuşdur.

bottom of page