top of page

Əlizadə Qurbani
Ziyafəddin oğlu
10.06.1992 – 01.10.2020

Foto

Həyat hekayəsi

Əlizadə Qurbani Ziyafəddin oğlu 10 iyun 1992- ci ilde Füzuli rayonu Yuxarı Kürdmahmudlu kəndində anadan olub.1999-cu ildə Füzuli rayonu Ramil Ələkbərov adına Kürdmahmudlu kənd tam orta məktəbin 1 ci sinifine daxil olub və 2009-cu ildə həmin məktəbi bitirib.2010-cu ildə oktyabrın ikisinde Bakıda daxili qoşunlarda xidmət edib.Qurbani şərəflə Hərbi xidməti başa vurub,evine dönür.Çox vətənpərvər, istedadlı, dostcanlı, nəğməkar mehriban gülərüz hər kəslə tez ünsiyyət qurmağı bacaran qəhrəman idi.
Qurbani 2 bacının bir qardaşıdır.Valdeyinlerinə bacilarina çox qayğı göstərirdi.Qurbaninin vətənə olan sevgisi onu 2013-cu ilde Müddətdən Artiq Hərbi Xidmətdə qalmağa sövq etdi. Hərbidə Manqa Komandiri vəzifəsində çalışıb,2016-cı ildə Lələtəpə döyüşlərində fəal iştirak etdiyinə görə komandiri tərəfindən qramotoyla Fəxri fərmanla təltif olunub.Baş Çavuş vəzifəsinə qədər yüksəlib.Hərbici yoldaşları arasında öz vətənpərvərliyini və mehribançilgina görə hərzaman fərqlənib.27 sentyabr 2020-ci ildə ll Qarabağ müharibəsində iştirak edib.Döyüş zamanı fəallığı ilə seçilir, hərkəsdən öncə mərd mərdanə döyüşüb.Yaralanıb, ama buna baxmayaraq döyüşü davam etdirib.Qurbaninin etdiyi qəhrəmanlıqlardan sücayətli döyüş yoldaşları fərəhlə danışır 01 tarixində Qəhramancasina şəhid olub en uca zirvə Şəhdilik zirvəsinə ucalib. Və Azərbaycan Respublikasının Pirezdeti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Əlizadə Qurbani ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və ilə III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

bottom of page