Həyat hekayəsi
Oktyabrın 30-da Neftçala rayonunun Qırmızıkənd kəndində dünyaya göz açmışdır. Bakıda 5 saylı kimya-biologiya təmayüllü orta məktəbdə təhsil almış, Dnepropetrovsk şəhərindəki Metallurgiya institutunu bitirmiş, Sumqayıtdakı “Azərboru” istehsalat birliyində əmək fəaliyyətinə başlamışdır.
Rauf Çavadov 1993-cü ildə Azərbaycanın Milli Ordusuna hərbi xidmətə çağırılmış, Bakı şəhərində Ali Zabitlər kursunda oxumuş, oranı fərqlənmə diplomu ilə başa vurmuş, leytenant rütbəsi ilə hərbi qulluqda başlamışdır.
1993-cü il sentyabrın 7-dən o, Azərbaycanın Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən hərbi qərargahında fəaliyyətə başlamış, bölük komandirinin müavini, zirehli texnikalar xidmətinin rəisi vəzifələrində çalışmışdır. Rauf intizamı, xeyirxahlığı, cəsarəti, ikicilliyi və təvazökarlığı ilə daim fərqlənmiş, dəfələrlə rəhbərliyin təşəkkürlərinə layiq görülmüşdür.
Rauf Çavadov 1994-cü il iyulun 2-də Füzuli rayonu Əhmədbəyli kəndində hərbi tapşırığı yerinə yetirərkən ağır yaralanmış, şəhidlik zirvəsinə yüksəlmişdir.
Baş leytenant Rauf Çavadov Neftçala rayonunun Qırmızıkənd kənd qəbiristanlığında dəfn edilmişdir.
Baş leytenant Rauf Çavadov evli idi. Ölümündən 6 ay sonra dünyaya göz açan oğlu öz adını daşıyır.