Həyat hekayəsi
Quliyev Daşqın Necmədin oğlu 2001-ci il dekabrın 20-də Şabran rayonunun Rəhimli kəndində dünyaya göz açmışdır. İlqar Abbasov adına Rəhimli kənd tam orta məktəbini bitirdikdən sonra, 2020-ci ilin yanvar ayının 8-də həqiqi hərbi xidmətə yola düşmüşdür. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində Daşqın ön cəbhədə vuruşmuşdur və Birinci Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmuşdur.
Daşqın Quliyev, xalqa xidmət edən əsgər olaraq, xalqımızın şanlı qəhrəmanlıq tarixində Vətən müharibəsi kimi yazılan bu döyüşlərdə Füzuli və Xocavənd istiqamətlərində gedən döyüşlərdə düşmənə qarşı igidliklə vuruşmuşdur.
Şəhid olan əmisinin, Quliyev Coşqunun, qisasını almaq üçün canını fəda edən Daşqın, xalqımızın böyük sevincinə çevrilən 18-ci gün Milli Qəhrəman Əliyar Əliyevin batalyonunda vuruşmuş və qəhrəmancasına şəhid olmuşdur.
Ona qismət olmasa da, azərbaycanlıların 30 ildən çox işğal altında olan torpaqlarının azad edilməsini görmək arzusu həyata keçmişdir. Daşqının və bütün şəhidlərimizin ruhu şaddır, çünki onların tökülən qanı ilə Vətən bütövləşdi.
Ruhun şad olsun, Şəhidim!
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Daşqın Quliyev ölümündən sonra "Vətən uğrunda","Füzulinin azad olunmasına görə","Xocavəndin azad olunmasına görə","Şuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.