top of page

Seyidov Yaşar
Hakim oğlu
25.04.1968 -24.01.1994

Foto

Həyat hekayəsi

Yaşar Hakim oğlu Seyidov 25 aprel 1968-ci ildə Kürdəmir rayonunda anadan olub. O, 1975-ci ildə məktəbə başlayıb və 1985-ci ildə məktəbi bitirib. Daha sonra hərbi xidmətə Amur vilayətində gedib. Xidmətdən qayıtdıqdan sonra peşə məktəbinə daxil olub və Neftbazada işə başlayıb. Hələ gənc yaşlarından mərd, vicdanlı və yardımsevər biri kimi tanınıb. Heydər Əliyevin çağırışı ilə könüllü olaraq Füzuli uğrunda döyüşlərə qatılıb. 1994-cü il 24 yanvarda, Qarabağ müharibəsinin ən çətin vaxtlarında qəhrəmancasına şəhid olub.
Yaşar çox vətənpərvər və millətinə bağlı bir insan idi. Həmişə dostlarına deyirdi ki, "Əgər şəhidlərin qanı alınmazsa, bu vətən bizi bağışlamaz." Qarabağ müharibəsinin ağır günlərində, insanların çəkdiyi əziyyətlərə, anaların və uşaqların fəryadlarına dözə bilməyib döyüşlərə qoşuldu. Ailəsi ona müharibəyə getməməsi üçün yalvarsa da, Yaşar "Əgər mən getməyim, kim getsin?" deyərək qərarından dönmədi.
Bacısı Vəfa xanım onun necə mərhəmətli olduğunu, hər kəsə kömək etdiyini, həmişə insanlara sevə-sevə yardım göstərdiyini xatırlayır. O, ailəsini və sevdiklərini çox sevirdi, onları heç bir ziyan çəkməsinə imkan verməzdi. Bacısı ilə çox yaxın idi, hər zaman sirrlərini onunla bölüşərdi. Yaşar, Qarabağa gedəndə könüllü olaraq getdi, çünki o çətin illərdə ordumuzun gücü çox məhdud idi. Silah-sursat çatışmazlığı və ağır şəraitə baxmayaraq, Yaşar kimi igidlər düşmənə çox zərbələr vuraraq vətən uğrunda qəhrəmanlıq göstərdilər.
Yaşar, milləti, vətəni, ailəsi üçün canını fəda edən mərd və cəsur bir oğul olub. Onun qəhrəmanlığı xalqın yaddaşında hər zaman yaşayacaq. Şəhid olsa da, Yaşarın yanan ürəyi hər kəsin qəlbində yaşayır və onun mərdliyi heç vaxt unudulmayacaq.

bottom of page