top of page

İbrahimli Məhəmmədəli
Mütəllim oğlu
22.11.1996 – 13.10.2020

Foto

Həyat hekayəsi

Məhəmmədəli Mütəllim oğlu İbrahimli 22 noyabr 1996-cı ildə Azərbaycanın Beyləqan şəhərində anadan olmuşdur. O, əslən Füzulinin Cuvarlı kəndindəndir. Atası Mütəllim Xəlilov Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Məhəmmədəli İbrahimli 2003–2014-cü illərdə Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 215 nömrəli orta məktəbdə təhsil almışdır. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olmuş, 2018-ci ildə buradan məzun olduqdan sonra Azərbaycan Texniki Universitetində magistr təhsili almışdır.
Bakalavr və magistr təhsili almış Məhəmmədəli İbrahimli 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Quru Qoşunlarının tərkibində Suqovuşanın azad edilməsində və Ağdərə istiqamətində baş tutan döyüşlərdə iştirak etmişdir. Döyüş zamanı ağır yaralanan Məhəmmədəli İbrahimli müalicə üçün Bərdəyə aparılsa da, müalicəsini yarımçıq qoyaraq könüllü şəkildə ön cəbhəyə qayıtmışdır. O, 13 oktyabrda Ağdərə istiqamətində Ermənistan Silahlı Qüvvələrinin postuna kəşfiyyat bölüyünün hücumu zamanı qumbara ilə 20-dən çox erməni hərbçisini məhv etmiş, özü də baş tutan döyüşlərdə həlak olmuşdur. Məhəmmədəli İbrahimlinin nəşi müharibənin bitməsindən iki ay sonra tapılmışdır.
Məhəmmədəli İbrahimli 2020-ci ildə hərbi xidmətə çağırılmışdır. O, Azərbaycan Ordusunun kəşfiyyatçı əsgəri kimi 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. O, oktyabrın 3-dən 4-nə keçən gecə, Suqovuşanın azad edilməsi uğrunda baş tutan döyüşlərdə hər iki qolundan və belindən qəlpə yarası almışdır, lakin buna baxmayaraq, üç yaralı və bir şəhid silah yoldaşını təhlükəsiz əraziyə çıxartmışdır. Ağır yaralanan Məhəmmədəli İbrahimli Bərdə rayonuna aparılmışdır, burada 15 günlük Bərdə Rayon Diaqnostika Xəstəxanasına yerləşdirilmiş, lakin o, üç gün sonra müalicəsini yarımçıq qoyaraq könüllü şəkildə ön cəbhəyə qayıtmışdır.
Məhəmmədəli İbrahimli 13 oktyabrda Ağdərə istiqamətində Ermənistan Silahlı Qüvvələrinin postuna kəşfiyyat bölüyünün hücumunda iştirak etmişdir. O, döyüş yoldaşlarının şəhid olduğunu gördükdən sonra erməni mövqelərinə hücum etmiş, qumbara ilə 20-dən çox erməni hərbçisini məhv etmişdir. Məhəmmədəli İbrahimli burada baş tutan döyüşlərdə şəhid olmuşdur. Onun nəşi müharibədən sonra, dekabr ayında tapılmışdır. Məhəmmədəli İbrahimli 15 dekabr 2020-ci ildə Sabunçu Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Əslən Füzulinin Cuvarlı kəndindən olan Məhəmmədəli İbrahimli "İmarət" azarkeş qrupunun ən fəal üzvlərindən idi. O, 2021-ci ilin yanvarında "Sabah" ilə keçirilən matçda "Qarabağ"ın qələbə topunu vuran Mahir Emreli qoldan sonra üzərində Məhəmmədəli İbrahimlinin şəkli olan ağ formanı nümayiş etdirmişdir. Həmin ilin may ayında Məhəmmədəli İbrahimli "Qarabağ" komandasının üzvü kimi ölümündən sonra Azərbaycan Premyer Liqasının gümüş medalına layiq görülmüşdür. Həmçinin, iyul ayında Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında Məhəmmədəli İbrahimlinin xatirəsinə həsr olunmuş sərgi açılmışdır. Bundan başqa, fərqli ölkələrdə məskunlaşan azərbaycanlı tələbələrin magistr səviyyəsi üzrə təhsilini dəstəkləmək üçün "Məhəmmədəli İbrahimli Təqaüd Proqramı" təsis edilmişdir. "Qarabağ" FK növbəti mövsümü qızıl medalla başa vurmuş, 22 may 2022-ci ildə medalların və kubokun təqdimetməsi mərasimində şəhid Məhəmmədəli İbrahimli üçün nəzərdə tutulmuş medal onun atasına təqdim olunmuşdur.
23 iyul 2021-ci ildə Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında Vətən Müharibəsi şəhidi Məhəmmədəli İbrahimlinin xatirəsinə həsr olunmuş sərgi açılıb.
Azərbaycan Prezidentinin Sərəncamına əsasən Məhəmmədəli İbrahimli “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

bottom of page