top of page

Əliyev Fərid
Pirəli oğlu
14.08.1994 – 05.11.2020

Foto

Həyat hekayəsi

Şəhid Əliyev Fərid Pirəli oğlu 14 avqust 1994-cü ildə Bakı şəhərinin Səbail rayonunda anadan olmuşdur. 2000-2001‐ci illərdə Bakı şəhəri, Səbail rayonu Hüseyn Cavid adına 132 saylı tam orta məktəbi bitirmişdir. Daha sonra isə 17 saylı Texniki Peşə Liseyində təhsil almışdır. 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Səbail rayon üzrə Hərbi Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə atıcı vəzifəsində müddətli həqiqi hərbi xidmət etmişdir. 2014-cü ildə hərbi xidmətdən tərxis olunmuşdur.Azərbaycan Ordusunun əsgəri olan Fərid Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü baş rabitəçi olaraq iştirak etmişdir. Cəbrayılın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. 5 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
16 noyabr Badandartın şəhidlər xiyabanında dəfn olunmuşdur.
Ölkə Prezidentinin sərəncamlarına əsasən Fərid Əliyev ölümündən sonra,“Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunması”,”Cəbrayılın azad olunması” medalları ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.

bottom of page