top of page
Həyat hekayəsi
Şəhid Heydərov Nadir Heydər oğlu 1973 cü il yanvar ayının 4-ü Kəlbəcər rayonunun Mollabayramlı kəndində anadan olub.Nadir
1991-ci il dekabr ayinın 13-ü hərbi xidmətə yollanır. Birinci Qarabağ müharibəsində bir çox döyüşlərdə qəhrəmanlıq göstərmişdir.Ailəsi 1993 cü ildə mənfur düşmənin işğalı nəticəsində öz doğma dədə baba yurdunan didərgin düşmüşlər və İsmayıllı rayonunun Quşencə kəndində məskunlaşmışlar.Nadir
1994-cü ilin may ayının 13-də Murovdağ istiqamətində Kəlbəcər rayonu uğrunda gedən döyüş əməliyyatlarında şəhidlik zirvəsinə ucalmışdır.Nadir 1994-cü ilin 14 mayında ailəsinin məskunlaşdığı İsmayıllı rayonunun Quşencə kənd qəbiristanlığında torpağa tapşırılıb.Şəhid Nadir subay idi.
bottom of page