Həyat hekayəsi
Tale Şirinov 21 noyabr 1996-cı ildə, Qəbələ rayonunun Çuxur Qəbələ kəndində anadan olub. O, 2003-cü ildə Çuxur Qəbələ kənd Ə. Məmmədov adına tam orta məktəbin 1-ci sinfinə daxil olub. Orta təhsilini həmin məktəbdə alıb. 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib.
Azərbaycan Ordusunun əsgəri olan Tale Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində gedən döyüşlərdə olub. Talış kənd və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 6-da Talış kənd və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Laçının azad olunmasına görə” medalı, "Suqovuşanın" azad olunmasına görə" medalı, “Vətən uğrunda” medalı ilə təltif edilib.