top of page

Hacıyev Elmaz
Elmar oğlu
09.05.1994 – 04.11.2020

Foto

Həyat hekayəsi

Elmaz Hacıyev 1994-cü il mayın 9-da Şamaxı rayonunun İkinci Çaylı kəndində anadan olub. Ailəli və iki övladı atası idi.
Azərbaycan Ordusunun əsgəri olan Elmaz Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsində savaşıb.
Elmaz Hacıyev noyabrın 4-də Laçın döyüşləri zamanı şəhid olub.
Xəzər rayonunun Bina qəsəbəsində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elmaz Hacıyev ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

bottom of page