top of page

Əliyev Saleh
Namiq oğlu
18.08.1992 – 15.10.2020

Foto

Həyat hekayəsi

Əliyev Saleh Namiq oğlu 1992-ci il avqustun 18-də Bakı şəhərinin Sabunçu rayonunun Zabrat qəsəbəsində anadan olub. 1998-ci ildə Sabunçu rayonunda yerləşən Şəhid Elxan Misirxanov adına 71 nömrəli orta məktəbdə təhsilinə başlayıb və 2007-ci ildə həmin məktəbi bitirib. 2010-cu ildə Bakı İdarəetmə və Texnologiya Kollecinin zərgərlik fakültəsinə daxil olub və 2014-cü ildə təhsilini başa vurub.
Saleh hərbi xidmətini 2014-cü ildə Qazax rayonunun Kəmərli kəndində yerləşən hərbi hissədə keçib. 2016-cı ildə hərbi xidmətini başa vurduqdan sonra müxtəlif işlərdə çalışıb. 2020-ci ilin iyulunda Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından təsirlənərək könüllü olaraq orduya yazılıb. 21 sentyabr 2020-ci ildə ailəsindən gizli olaraq hərbi komissarlığa müraciət edib və Vətən müharibəsinə qoşulub.
27 sentyabr 2020-ci il tarixindən etibarən Füzuli və Cəbrayıl rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Müharibə müddətində Saleh hər gün ailəsi ilə əlaqə saxlayaraq onları sakitləşdirirdi. Sonuncu dəfə 15 oktyabr 2020-ci ildə anası ilə danışaraq ondan halallıq istəyib. Həmin gün Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Əliyev Saleh ölümündən sonra "Vətən uğrunda"və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhidin xatirəsi əbədiləşdirilərək yaşadığı evin qarşısında xatirə bulaq kompleksi qurulub. Təhsil aldığı 71 saylı orta məktəbdə və 176 nömrəli orta məktəbdə adına sinif otaqları yaradılıb.
Saleh Əliyevin xatirəsi həmişə qəlbimizdə yaşayacaq. Allah rəhmət eləsin!

bottom of page