top of page

İsmayılzadə Vaqif
Vüqar oğlu
06.11.1996 – 26.10.2020

Foto

Həyat hekayəsi

Şəhid İsmayılzadə Vaqif Vüqar oğlu Beyləqan Rayonu 06.11.1996-cı ildə Mil qəsəbəsində anadan olub. Fazil Miriyev adına Araz qəsəbə tam orta məktəbinin 2003-cü ildə 1-ci sinifə gedib. Məktəbi sevimli şagirdi olub. Məktəbdə hər zaman Şərəf lövhəsində şəkli olub. Məktəb zamanı hərbiyə çox böyük marağı olub, hər bir yarışmalarda iştirak edib, dəfələrlə fəxri fərmanlarla təltif olunub.
2014-cü ildə məktəbi bitirdikdən sonra, 2015-ci ildə yanvarın 8-də Sumqayıt şəhəri Nəsosnu qəsəbəsinə həqiqi hərbi xidmətə yollanıb. Xidmət zamanı dəfələrlə fəxri fərmanla təltif olunub. Hərbi xidmətini 2016-cı ilin iyulun 1-də başa vurduqdan sonra doğulub boya-başa çatdığı Beyləqan rayonuna qayıdıb. Sonra müxtəlif işlərlə məşğul olmağa başlayıb.
2017-ci ilin sentyabrın 9-da ailə həyatı qurub. 2017-ci ilin noyabrın 28-də Beyləqan rayonunun Hərbi Polisi işləməyə başlayıb. Fəxri fərmanla təltif olunub işində. 27 sentyabrda İkinci Qarabağ Müharibəsi başlayır. Müharibə başlayan ön cəbhədə yaralılarımıza köməklik edib, şəhidlərimizi daşınmasına köməklik göstərir. Bununla kifayətlənmir, dəfələrlə ərizə yazır. Komandir razılıq vermir. 3 ərizəni yazaraq komandirə təqdim edib və döyüş bölgəsinə yollanıb.
27 oktyabrda Füzulinin Axurlu kəndində şəhidlərimizi daşıyaraq minamyotla vurulur. Neytral zonada qalır. 4 gün atışma güclü olduğundan şəhidimizi götürmək mümkün olmur. 25 oktyabr axşam saatlarında ailəsinə zəng edərək "Başınız sağ olsun" deyilir. Vaqif İsmayılzadə şəhidlik zirvəsinə ucalır. 26 oktyabrda Beyləqanın Qəhrəmanlı qəsəbəsində dəfn olunur.
Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamlarına əsasən Vaqif İsmayılzadə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" , "Qubadlının azad olunmasına görə" , "İgidliyə görə" medalları ilə təltif olunmuşdur.
Şəhidimizin bizlərə yadigar qoyduğu iki oğul övladı var: Vüqar İsmayılzadə və Renat İsmayılzadə.

bottom of page