Həyat hekayəsi
Əhmədov Eşqin Vaqif oğlu 1992-ci ildə Gəncə Şəhərində Anadan olub.Eşqinin Atası Rusiya federasiyasında itkin düşüb.Atasız Böyüyüb. Anası və Bacısı ilə bir yerdə böyüyüb.Orta təhsilidir.Ailəlidir 1 Oğlu var.Eşqin Vətəninə Xalqına məhəbbətlə böyümüş övlad olub.
O 2020ci ilin 28 sentyabr tarixində dayısının və Şəhidlərimizin qisasını almaq üçün Könüllü olaraq hərbi komissarlığa getdi və Müharibəyə yazıldı.Bu 44günlük müharibədə Şuşanın alınmasında Eşqin Qəhrəmancasına döyüşdü. O Gəncə 286 hərbi hissənin 1ci Taborun 3cü bölüyündə vuruşmuşdu. Baş nahiyəsindən aldığı ağır Travmalar ona rahatlıq vermirdi.Onun Müharibədə ki qorxmazlığı fədakarlığı,İgidliklə döyüşməyi 1992ci ildə Ağdamın Fərrux yüksəkliyində itkin düşən Komandir Dayısının döyüş yolunu xatırladır.Aldığı travmalardan çox əziyyət çəkirdi və 2023 - cü ilin noyabrın 21-də vəfat etmişdir. O çox mərd,qorxmaz, ürəyiaçıq və kasıbların dayağı idi. Köməksizlərin arxasında dururdu.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı “medalı ilə təltif edilib.