Həyat hekayəsi
Rüstəmli Bəhruz Malik oğlu 01 oktyabr 1998-ci il tarixdə Beyləqan rayonu Qəhrəmanlı qəsəbəsində anadan olmuşdur. Bəhruz Rüstəmli orta təhsilini Tağı Məmmədov adına tam orta məktəbdə almışdır.
2015 ci ildə hərbi xidmətə yollanıb əsgərliyini Qaraheybət təlim tədris mərkəzində bitirb qaydıb müxtəlif sahələrdə çalşsada onun vətən sevgisi onu hərbiyə qayıtmağa məcbur edib. 2018 ci ildə yenidən Füzuli rayonunda N saylı hərbi hissədə xidmətə başlayıb 2 ci Qarabağ muharibəsində top kamandiri kimi fəal iştirak edərək çox sayda mənfur erməni əsgərini öldürdü və medallarla təltif olundu. 2020 ci ildə Bəhruz özünü təkminləşdirmək üçün xüsusi təyinatlı qüvvələrə yazlıb getdi oranın kursunu müvəqətiyətlə keçərək orda xidmətini davam etdirdi 2022 ci ildə antiteror döyüşündədə aktiv iştirak etdi.
20.09.2023-cü ildə həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı, Xocalı rayonu Dağdağan kəndi istiqamətində gedən döyüşlərdə Bəhruz mənfur ermənilər tərəfindən atılan minamiyot nətəcəsində şəhid olmuşdur. Bəhruz 20.09.2023 cü ildə ömrünün bahar çağında 25 yaşında şəhadətə ucaldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Bəhruz Rüstəmli “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə”, “Vətən müharibəsi iştirakçısı”,"Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.