top of page

Ağayev Rəşad
Rövşən oğlu
02.07.2000 – 18.10.2020

Foto

Həyat hekayəsi

Ağayev Rəşad Rövşən oğlu 02.07.2000-ci ildə Bakı şəhəri, Binəqədi rayonunda anadan olub. Rəşad ailənin ilk və tək oğul övladı idi. Uşaqlıq illərində dəcəl, şirin və hamının sevimlisi idi. 2006-cı ildə 283 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olub. Hərbiyə marağı da həmin dövrdən başlayıb.
Müxtəlif əşyalardan oyuncaq silahlar düzəldən qəhrəmanımızın həm də rəsmə, musiqiyə, şahmata və kompyuter oyunlarına da marağı olub. İslam dininə olan marağı nəticəsində namaz qılıb, oruc tutur və ərəb dilini öyrənərək, Quran oxuyurmuş.
2016-ci ildə məktəbi bitirib, 7 nömrəli peşə liseyinə, 2018-ci ildə isə STEP Akademiyasının “Proqramçı-dizayner” ixtisasına daxil olub. 2019-cu ildə həmin akademiyanı bitirib.
Tələbəlik illərində tədbirlərdə aktiv iştirak edib. Həmin dövrdə rəqslə, gitarada ifa edib oxumaqla, idmanla məşğul olub. 04.07.2019-cu ildə XTQ-nin Mingəçevir şəhərindəki kəşfiyyat bölümündə hərbi xidmətə başlayıb.
Rəşad döyüşlərdə hər zaman ön sıralarda getməyi özünə şərəf bilirdi. O, 2020-ci ilin iyul döyüşlərində Tapqaraqoyunluda, Talış yüksəkliyində və Suqovuşanın alınması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Bu döyüşlərdən birində yaralanmasına baxmayaraq, ön cəbhədən çıxmayıb. 2020-ci ilin oktyabrın 16-da döyüşdə, 530.9 yüksəkliyində yaralanan əsgər yoldaşının birinin həyatını xilas edib, digər əsgər yoldaşı başından yaralıb və Rəşad onu xilas edən zaman snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olmuşdur.
2020-ci il oktyabrın 17-də ailəsinə şəhid xəbəri gəlib, bir gün sonra Biləcəri qəbiristanlığında dəfn olunub. Ölümündən sonra şəhid Rəşad Ağayev Azərbaycan Respublikasının Prezidentinin sərancamı ilə “Cəsur döyüşçü”, ”Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə və lll dərəcəli “Vətənə xidmətə görə” ordeni ilətəltif olunub.

bottom of page