top of page

Həsənov Ümid
İlqar oğlu
14.07.2001 – 12.09.2022

Foto

Həyat hekayəsi

Həsənov Ümid İlqar oğlu 14 iyul 2001-ci ildə Quba rayonun İsnovqışlaq kəndində anadan olub. Quba rayonu, İsnovqışlaq kənd orta məktəbini bitirib.
Azərbaycan Ordusunun əsgəri olan Ümid Həsənov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Vətən qarşısındakı müstəsna xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Ümid Həsənov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə və “Vətən uğrunda” medalı ilə tətif edilmişdir. 

bottom of page