top of page

Səfərov Gökhan
İlqar oğlu
20.03.2005 – 21.09.2023

Foto

Həyat hekayəsi

Səfərov Gökhan İlqar oğlu 20 mart 2005-ci ildə Mingəçevir şəhərində dünyaya göz açdı. 2011-ci ildə Mingəçevir şəhərində yerləşən 1 nömrəli məktəbdə təhsil həyatına başladı. Məktəb illərində savadlı və çalışqan bir şagird kimi tanındı. 2022-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib, Turizm Kollecinə qəbul olundu. Burada da öz fəallığı və bilik sevgisi ilə seçildi.
2023-cü ilin aprel ayında, Gökhan, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırıldı. 06.04.2023 cü ilde Gence şeher N sayılı herbi hissesinde keşfiyatcı isdekamçı kursuna başlamış 27.06.2023 cü ilde Qusar rayonun N sayılı herbi hissesine gönderilmiş və orada xüsusi təyinatlı dəstənin (kommando) kəşfiyyatçısı kimi hərbi xidmətini keçməyə başladı. Bu vəzifə onun üçün böyük bir fəxr və məsuliyyət idi.
19-20 sentyabr 2023-cü ildə Ağdərə rayonunun Sırxavənd kəndində keçirilən lokal xarakterli anti-terror əməliyyatları zamanı, Gökhan Səfərov vətəninin müdafiəsi uğrunda qəhramancasına şəhid oldu. Onun cəsarəti, vətənpərvərliyi və göstərdiyi fədakarlıq heç vaxt unudulmayacaq. Gökhanın adı əbədi olaraq qəlbimizdə yaşayacaq.
Gökhan Səfərovun xatirəsi Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında böyük ehtiramla yad edildi və o, burada dəfn olundu. Gökhanın parlaq xatirəsi, onun ruhu və qəlbimizdə qalan izi heç vaxt silinməyəcək. Onun əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq və gələcək nəsillərə bir qəhrəmanlıq nümunəsi olacaq.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Gökhan Səfərov “Vətən uğrunda” medalı ilə və lll-dərəcəli “Vətənə xidmətə görə” ordenlə təltif edilmişdir.

bottom of page