top of page

Məmmədov Vasif
Rafail oğlu
01.05.2001 – 06.10.2020

Foto

Həyat hekayəsi

Vasif Məmmədov 1 may 2001 ci ildə Bakı şəhərində anadan olmuşdur.2007-2018-ci illərdə Mingəçevirdə fəaliyyət göstərən Cəbrayıl rayon 18 saylı köçkün məktəbində təhsil almışdır.Subay idi.
Vasif Məmmədov 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Xüsusi Təyinatlı Qüvvələrin sıralarında, Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Vasif Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı və kəşfiyyatçı olaraq iştirak etmişdir. Murovdağın, Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Kəşfiyyatçı olaraq qarşı tərəfdən məxfi məlumatların əldə edilməsində və döyüşün sonunun bu yolla tezləşməsində fərqlənmişdir. Vasif Məmmədov 6 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Vətən qarşısındakı müstəsna xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Vasif Məmmədov ölümündən sonra "Vətən uğrunda" "Cəsur döyüşçü", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

bottom of page