top of page

İbrahimli Cavidan
Nizami oglu
24.03.2000 – 25.10.2020

Foto

Həyat hekayəsi

İbrahimli Cavidan Nizami oglu 24.03.2000-ci il Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində anadan olub. 2006-cı ildə Badamdar qəsəbəsi 236 saylı məktəbdə 1 sinifə qəbul olub.2017 ci ildə bu məktəbin 11 sinfini bitirib. Cavidan İbrahimli 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Cavidan İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 2020 ci il oktyabırın 25 Füzuli ugrunda gedən döyuşlərdə qəhrəmancasaına Şəhid olmuşdu.  Səbail rayonunun Badamdar qəsəbəsində dəfn olunub.
Vətən qarşısındakı müstəsna xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Cavidan İbrahimli ölümündən sonra  
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə və "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

bottom of page