top of page

Bayramov İlyas
İsa oğlu
23.01.1959 – 03.01.1994

Foto

Həyat hekayəsi

Əbədi şəhidlik zirvəsinə yüksələn şəhidimiz Bayramov İlyas İsa oğlu 23 yanvar 1959-cu ildə Zəngəzur mahalı Qafan rayonunun Şəhərçik kəndində anadan olmuşdur. Kiçik yaşlarında İlyasın atası erməni fitnələrinə tab gətirə bilmədiyi üçün Bakı şəhərinə köçməyə məcbur olmuşdur. İlyasın ailəsi Xırdalan şəhərində məskunlaşır. Bayramov İlyas İsa oğlu təhsilini 1966-1975 illərdə Xırdalan şəhər 1 saylı tam orta məktəbdə başa çatdırır. Sənətkarların texniki peşə məktəbində sürücülük peşəsinə yiyələnmişdir. O, daxili işlər nazirliyində sürücü işləmişdir.
Bayramov İlyas İsa oğlu həqiqi hərbi xidmətini 1978 ildə S.S.R.İ. vaxtında Rusiyanın Murmansk vilayəti hərbi hissə 418 hərbi hissədə rabitəçi kimi xidmət etmişdir. Daha sonra vətənə dönən İlyas Abşeronda quşçuluq fabrikində slesar işləyirdi. Bir müddət sonra F. H. N. də yanğın söndürmə briqadasında işləməyə başlayır.
Bayramov İlyas İsa oğlu, Qaradağ hərbi komissarlığı tərəfindən 1993-cü il 13 sentyabrda bir başqa könüllü olaraq cəbhəyə getmişdir. Şəhidin ilk döyüş yolu Murovdağ silsiləsindən başlayır. Daşkəsən, Ağdərə, Haçkənd və Murovun yeddi qardaş dağı adlanan və daha bir gündə on iki kəndin alınmasında şücaət göstərərək İlyas irəlilətmək haqqında qərargahda döyüş əmri alır. Kəlbəcər uğrunda gedən qanlı döyüşlərdə Bayramov İlyas və silah yoldaşları böyük mübarizə aparmışdı. Döyüş zamanı 65 nəfərdən ibarət olan batalyon döyüş yoldaşlarını itirərək, uzun müddət mühasirədə olurlar erməni diğaları ilə döyüşərək ağır yaralanan Bayramov İlyas qar uçqunu altinda qalaraq 03 yanvar 1994-cü ildə şəhadətə ucalır.
Şəhid Bayramov İlyas İsa oğlu ailəli idi. Vətənə 2 qız övladı əmanət qaldı.

bottom of page