Həyat hekayəsi
1962-ci il yanvar ayının 1-də Tərtər rayonunun Sarıcalı kəndində anadan olub. 8-ci sinifə qədər Sarıcalı kənd məktəbində oxuyub. Təhsilini Buruc kəndində davam edib və həmin məktəbi bitirib.
Məktəbi bitirdikdən sonra, 1980-1982-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidməti bitirdikdən sonra Bakıya gəlir. 1986-cı ildə əmisi qızı ilə ailə qurur. İki oğlu olur - Elməddin və Əli.
Binəqədidə yerləşən 11 nömrəli təmir-tikinti idarəsində ekspeditor işləyir. Vətənə baş verənlərə dözməyərək 1991-ci ilin sentyabrında evə Milli formada gəldi. Binəqədi Hərbi Komissarlığına gedib könüllü yazılmışdır. Dəhşət nə qədər desək də sözü ondan dönmədi.
Şıxovda yerləşən 704 saylı hərbi hissəyə gedir. Sonradan döyüşə getdi. Kərkicahan, Malıbəyli döyüşlərində iştirak etdi. 1 ay sonra evə buraxdılar.
Yanvarın 1-də iş yoldaşlarıyla 30 yaşını qeyd etdi. Fəxrlə döyüşdən yoldaşlarına danışırdı.
Bir sabah Şıxova getdi və eşidir ki, Şuşada vəziyyət pisdir. Başqa dəstəyə qoşulub gedir. Tacəddinin uğursuz planıyla "Daşaltı əməliyyatında" şəhid olur. Qırmızı xaç ermənilərə benzin veriri əvəzində qəbiristanlıqdakı şəhidləri götürürlər. Onların arasında Rövşən var idi. Fevralın 15-də Şəhidlər Xiyabanında dəfn olundu.
Sağ qalanların xatirəsində Kurdoğlu ləqəbli Rövşənin sücaətindən çox danışılır.
Hər il 26 yanvarda Şəhidlər Xiyabanında ildönümü qeyd olunur.