top of page

Nağıyev Elfaq
Azad oğlu
26.12.1996 – 23.10.2020

Foto

Həyat hekayəsi

Şəhid Nağıyev Elfaq Azad oğlu 26.12.1996-cı ildə Gədəbəy rayonu Parakənd kəndində anadan olub. 2003-cü ildə Parakənd kənd tam orta məktəbində təhsil almağa başlayıb.2007ci ildən Baki şəhəri Sabunçu rayonu Zabrat1 qəsəbəsi 307 saylı məktəbdə 5ci sinifdən orta təhsilni davam etdirib.9illik orta təhsildən sonra 2012-ci ildə Şamaxı humanitar kollecində bədən tərbiyəsi müəllimliyi ixtisasına qəbul olub.4illik kollec təhsilindən sonra 2016-cı ilin iyul ayında həqiqi hərbi xidmətə yola düşüb. 1il 6 ay xidmətini başa vurduqdan sonra nə oxuduğu ixtisas üzrə, nə də digər təklif olunan işlərin heç birini istəmədiyini hərbiçi olmaq istədiyini bildirib. 2019-cu ildə istəyinə çatdı və gizirlik kursunu keçərək N saylı hərbi hissədə gizir kimi işə başladı. 2020-ci ilin iyul ayında nişanlanmışdır. Həmin ilin sentyabrında Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərmiş, Füzuli, Cəbrayıl, Hadrut qəsəbəsi, Xocavənd və bir neçə strateji yüksəkliklərin azad olunması uğrunda böyük igidlik göstərmişdir.Şəhid Nağıyev Elfaq Hadrut qəsəbəsinə ilk bayrağmızı sancmış, düşmanın xeyli sayda canlı qüvvəsini məhv etmiş və "Qorxmaz gizir" ləqəbi adına layiq görülmüşdür. 21 oktyabr 2020-ci ildə Xocavənd rayonunun alınması uğrunda gedən döyüşlərdə qəhramancasına Şəhid olmuşdur. 23 oktyabr 2020-ci ildə Gədəbəy rayonu Parakənd kəndində dəfn olunub.
Qeyd edək ki, Elfaq ailənin böyük övladı idi, özündən iki yaş kiçik bir qardaşı var.
Vətən qarşısındakı müstəsna xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Elfaq Nağıyev ölümündən sonra  
3-cü dərəcəli “Vətənə Xidmətə Görə” ordeni ilə və "İgidliyə Görə", "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

bottom of page