top of page

Bədəlov Cavidan
Zaur oğlu
28.03.1996 – 13.09.2022

Foto

Həyat hekayəsi

Bədəlov Cavidan Zaur oğlu 2002-ci ildə Elşad Bayramov adına Talestan kənd orta məktəbinin birinci sinifinə gəlmişdir. 2014-cü ildə XI-ci sinifi bitirmişdir. Məktəb dövründə idmanla məşğul olmuş və lap uşaqlıq illərindən Vətənə sevgisi sonsuz olmuşdur.
XI-ci sinifi qurtarandan sonra sənədlərini Heydər Əliyev adına Hərbi Akademiyaya vermişdir. Oranı fəal oxumuş, bütün imtahanlardan yüksək qiymətlərlə keçərək nümunəvi kursant olduğuna görə Cavidanı kəşfiyyat bölməsinə seçib götürmüşdülər. Akademiyanı 4 il oxuyub başa vurandan sonra hərbi xidmətini Kəlbəcərdə davam etmişdir.
Kəşfiyyatın bütün çətin öhdəliklərini tağım komandiri kimi uğurla yerinə yetirmişdir.
44 günlük Vətən müharibəsi başlayanda, müharibənin ən qızğın nöqtəsində, Murov dağı alınmasında vuruşmuş, Kəlbəcərin alınmasında hüsusi qəhrəmanlıq göstərmişdir. Ayağından zədə almasına baxmayaraq yene de döyüşdən imtina etməmişdir.Müharibə sona çatandan sonra Cavidan Türkiyəyə xüsusi komando kursuna göndərilmişdir. Komando kursunda olan çətin tapşırıqları uğurla ohdəsindən gəlmiş və bir komandir kimi üzərinə düşmüş vəzifələri layiqincə yerinə yetirmişdir. Bir neçə fəxri fərman ilə təltif olunmuşdur.
Baş leytenant Cavidan Bədəlov 2022-ci il sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının  almaq məqsədi ilə, düşmən postlarını məhv etmiş, yaralı olmasına baxmayaraq ayaq üstə döyüşməyə davam edərək, düşmənin 5 postunu tək başına azad edib. Həmin döyüşdə qəhrəmancasına Şəhid olmuşdur.
İsmayıllı rayonun Talıstan kənd qəbiristanlığında dəfn olunub.
Vətən qarşısındakı müstəsna xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Cavidan Bədəlov  “Azərbaycan Bayrağı” ordeni ilə və "Vətən uğrunda", “Kəlbəcərin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Sücaətə görə”, “Azərbaycan Ordusunun 100 illiyi” medalları ilə tətif edilmişdir.

bottom of page