top of page

Əliev Elman
Rakif oğlu
23.10.1993 – 21.10.2020

Foto

Həyat hekayəsi

Əliev Elman Rakif oğlu 1993-cü ildə Mingəçevir şəhərində 23 oktyabrda anadan olmuşdu. 2000-ci ildə Mingəçevir şəhər 18 nömrəli orta məktəbə 1-ci sinifə gedib. 2002-ci ildə 2 nömrəli musiqi məktəbinə getmişdi. 2005-ci ildə avarçəkmə bazasında idmanla məşğul olub. 2008-ci ildə Peşə məktəbində avtomobil elektrik üzrə oxuyub. 2009-cu ildə hərbi avarçəkmə bazasında işləyib. 2010-cu ildə Qubada Daxili Qoşunlarda hərbi xidmətdə olub. 2012-ci ildə hərbi xidmətini başa vurub. 2012-ci ildə "Nand" şirniyyat şirkətində çalışıb. 2013-2014-cü illərdə Mingəçevir şadlıq saraylarında ofisant kimi də işləyib. 2014-cü ildə Bakı şəhərində şirniyyat sexində də işləyib. 2015-2016-cı illərdə Varvara balıq zavodunda çalışıb. 2018-ci ildə Azərbaycan Milli Ordusunda MAXE işləyib.
2020-ci ildə 27 sentyabrda Vətənin azadlığı uğrunda döyüşlərə qatılıb. Sentyabrın 29-da Suqovuşan uğrunda gedən döyüşlərdə yanaraq şəhid olub. 21 oktyabrda Mingəçevir şəhər Şəhidlər xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 3cü dərəcəli "Vətənə xidmətə görə "ordeni ilə və "Vətən uğrunda", "Suqovuşan uğrunda", "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

bottom of page