top of page

Canbaxışov Xəyal
Xeyrulla oğlu
09.01.2003 – 20.09.2023

Foto

Həyat hekayəsi

Canbaxışov Xəyal Xeyrulla oğlu 2003-cü il Yanvarın 9-da Mingəçevir şəhərində anadan olmuşdur. O, 2007-ci ildə Mingəçevir şəhərində 3 saylı bağçaya getmişdir. 2009-cu ildə 18 saylı tam orta məkdəbin 1-ci sinifinə getmiş həmin məkdəbdə 2 il təhsil almış,daha sonra isə 11 saylı tam orta məkdəbə getmişdir və həmin məkdəbdə məzun olmuşdur . Xəyal 6-cı sinifdə oxuyarkən (2014-cü il) "Qədiroğlu " idman mərkəzində "Judo"adlı idmanla məşğul olmuşdur.
2020-ci ildə məkdəbi bitirib 2021-ci ildə hərbi xidmətə getmisdir. O, Naxçıvanın Şahbuz rayonunun Şado kəndində N saylı hərbi hissədə 1 il 6 ay kəşfiyyat bölüyündə xidmət etmiş və 2022-ci il iyulun 3-ü xidməti başa vurub, doğulub boya başa çatdığı şəhərə qayıtmışdır.
Bir müddətdən sonra Xəyal sənədlərini yığıb "Komondo "adlı kursa qəbul olur. 3ay müddətində çətin şərtli kursu keçərək mayın 29-u kursu bitirib və öz seçdiyi 701 saylı hərbi hissədə işləməyə başlayıb.
Avqust ayının əvvəlində dron kursuna yazılaraq həmin kursu 10 günlük müddətə 1-ci yer naliyyəti ilə bitirib evə gəlmiş və bu sevinci ailəsiylə bölüşmüşdür.
2023-cü il sentyabrın 17-si evdən hara getdiyini gizlədərək evdən çıxıb hərbi hissəyə getmiş və harada olduğunu tək bacısıyla bölüşmüşdür ki, valideyinləri narahatdırsa bacısı evi idarə etsin.
Həmin müddətdə bir neçə mövqeyi ələ keçirib Ağdərənin Paprevend bölgəsinə kimi gəlib çıxmışdır və həmin bölgədə dronla erməninin bir neçə mövqeyini vurub çoxlu sayda erməni məhv etmişdir.
Döyüş zamanı dron qaldırarkən olduğu yeri düşmən minamyot atəşinə tutur və bu zaman Xəyal qəlpə yarası alır .Çox qan itirdiyi üçün həkimlərin cəhdinə baxmayaraq 19 sentyabr qəhrəmancasına şəhid olmuşdur.Canbaxışov Xəyalın xatirəsi 20 sentyabr Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında böyük ehtiramla yad edildi və o, burada dəfn olundu.Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Canbaxışov Xəyal “Vətən uğrunda” medalı ilə və lll-dərəcəli “Vətənə xidmətə görə” ordenlə təltif edilmişdir.Onun cəsarəti, vətənpərvərliyi və göstərdiyi fədakarlıq heç vaxt unudulmayacaq. Xəyalın adı əbədi olaraq qəlbimizdə yaşayacaq.

bottom of page