top of page

İsmayılov Vuqar
Eldar oğlu
16.09.1993 – 11.10.2020

Foto

Həyat hekayəsi

İsmayılov Vuqar Eldar oğlu 1993-cü il sentyabr ayının 16-da Mingəçevir şəhərində anadan olub. 2000-ci ildə Mingəçevir şəhər Nəriman Nərimanov adına 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2008-ci ilin may ayında həmin məktəbin 9-cu sinifini bitirmişdir. Ali təhsili yoxdur.
2011-ci ildə Mingəçevir Şəhəri Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. 2013-cü ilin aprel ayında hərbi xidmətini başa vurmuşdur. 2017-ci il sentyabr ayının 19-u ailə həyatı qurub. 1 qız və 1 oğlan övladı var. Qızının 3 yaşı, oğlu isə 4 aylıqdır.
2020-ci il sentyabr ayının 21-də M.S. Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır. Ağdərə və Murovdağ döyüşlərində iştirak edib. Ailəsi ilə sonuncu danışığı oktyabr ayının 6-sı olmuşdur. Həmin gün Suqovuşanın azadlığı uğrunda qəhrəmancasına şəhid olmuşdur. Son sözləri isə "hər şey yaxşıdır, İnşallah tezliklə qələbə ilə qayıdacağam, özünüzə yaxşı baxın" cümləsi olmuşdur.
Oktyabr ayının 11-də Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub.
Ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

bottom of page