top of page

Məmişov Nurlan
İlqar oglu
29.08.2000 - 09.10.2020

Foto

Həyat hekayəsi

Məmişov Nurlan İlqar oglu 2000 ci il avqust ayının 29 da Mingəçevir şəhərində anadan olmuşdur. 2007 ci ildə Rusiyanın Orenburq şəhərində birinci sinifə başlamışdır 2017 ci ildə isə 11ci sinifi bitirərək Mingəçevir şəhər 14 saylı tam orta məktəbinin məzunu olmuşdur. Elə həmin ilin avqust ayının 29 da 18 yaşı tamam olan Nurlan oktyabr ayının 5 -də həqiqi Hərbi xidmətə yollanmışdır.Əsgərliyini Fizuli rayonunun Lələ-təpə yüksəkliyində və Abdurahman təpəsində düşmənlə üz-üzə səngərdə(postda) duraraq keçirmişdir. 2020 ci ilin aprel ayının 20 sində təxris olunmuşdur Elə həmin ilin yəni 2020 ci il sentyabr ayının 21 -də səfərbərliyə cəlb olunaraq Vətən torpaqlarının istismarçı düşmən tapdaqlarından azad olunması uğrunda döyüşlərə qatılmışdır.Nurlan Talış kəndin alınması ugrunda gedən döyüşlərdə iştirak etmiş, Suqovuşanın alınması ugrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olmuşdur. Məmişov Nurlan İlqar oglu döyüşdüyü müddət ərzində (10 gün) yeddi erməni əsgərini öldürmüş və bir erməni zabitini tərksilah edib boğaraq nəfəsini kəsmiş və öldürmüşdür. Nurlan öldürdüyü düşmənlərin hərbi biletlərini qələbə qazanıb evə dönərkən anasına göstərmək üçün götürürdü. Bu haqda özü telefonla danışaraq anasına və dostlarına xəbər vermişdi.Nurlanın döyüş yoldaşları və komandiri də bu haqda biraz qürur və biraz da kədər hissi ilə söhbət açmışdılar.
Məmişov Nurlan İlqar oglu əsgərlikdən gəldikdən sonra onların Rusiyada olan atası və qardaşı ilə görüşə bilməmişdir...
Məmişov Nurlan İlqar oglu Şəhid olduqdan sonra Mingəçevir Şəhidlər xiyabanında dəfn edilmişdir Və Azərbaycanın Ali Baş komandanının əmri ilə "Vətən uğrunda" ,"Suqovuşanın alınması ugrunda" və "Cəsur döyüşçü " medalları ilə təltif olunmuşdur. Nurlan subay idi.ailəsi atası (Məmişov İlqar) anası(Məmişova Qumru) özündən iki yaş böyük qardaşı (Məmişov Orxan) və çox sevdiyi özündən 17 yaş kiçik olan və həmin vaxt cəmi 3 yaşı olan bacısı( MəmişovaXədicə) -dən ibarət idi
Allah ruhunu şad eləsin.

bottom of page