top of page

Tağızadə Cahangir
Qurban oğlu
27.05.2004 – 22.09.2023

Foto

Həyat hekayəsi

Tağızadə Cahangir Qurban oğlu 27.05.2004 – ci ildə Mingəçevir şəhərində anadan olub.
2010-ci ildə 142 saylı Ağdam məktəbinə 1-ci sinifə gedib, 2021-ci ildə həmin məktəbin 11-ci sinifini bitirib, 2022-ci ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb, 15 aydan sonra antiterror əməliyyatı zamanı şəhadətə çatıb və 22 sentyabr 2023-cü ildə böyük izdihamla Mingəçevir Şəhidlər xiyabanında dəfn olunub, dayısı Hüseynzadə Elgiz İbrahim oğlu 44 günlük müharibədə şəhadətə çatıb, qardaşı isə Tağıyev Elvin Qurban oğlu da 7 may 2024-cü ildə faciəvi şəkildə dünyasını dəyişib, Allah bütün şəhidlərimizin ruhunu şad eləsin.
Vətən qarşısındakı müstəsna xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Cahangir Tağızadə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə və "Vətən uğrunda", medalı ilə təltif olunmuşdur.

bottom of page