top of page

Abbasov Etibar
Məhərrəm oğlu
15.10.1962 – 05.05.1994

Foto

Həyat hekayəsi

Birinci Qarabağ müharibəsinin qəhrəman Şəhidi Abbasov Etibar Məhərrəm oğlu 1962 - ci il oktyabr ayının 15-də Zəngəzur mahalı Qarakilsə rayonunun Şəki kəndində anadan olmuşdur.
Orta məktəbi həmin kənddə bitirmişdir.
1979-cu ilde Sovet ordusu sıralarında qulluq etmişdi,Yüngül sənaye Texnikumun bitirmişdir,Bakı şəhərində Vaqon təmiri zavodunda əmək fəaliyyətinə başlamışdır,1983 cü ildə Ailə həyatı qurub,1984-cü ildə Naxçıvan trikotaj fabrikində işləmiş,istehsalatda fərqlənmiş,nümunələr göstərmiş,dəfələrlə yaxṣı işinə görə müəsissənin təşəkkürünə və pul mükafatına layiq görülmüşdür
1988 -ci il deportasiya və soyqırımına mə'ruz qalan Abbasovlar ailəsi Ermənistan Respublikasından Sumqayıt şəhərinə pənah gətirmişlər.Etibar Abbasov şəhərin ən iri müəssisələrindən biri olan "Boruyayma"zavoduna iṣə düzəlmişdir
O, erməni işğalçılarının təcavüzkarlıq siyasətinə biganə qala bilməmiş,Sumqayıt hərbi komissarlığına müraciət etmiṣ,könüllü olaraq Dağlıq Qarabağa yola düşmüşdür.
Ağdam döyüşlərdə Ermeni dilini yaxsi bildiyine görə 21 nəfəri mühasirədən çıxarmıṣdır.Agdamın "Güllücə" kəndində mal tövləsində döyüş dostların axurlara yıgaraq,üstünə yoncanı dağıtmıṣ,belecə düṣməni aldadaraq onları mühasirədən qurtarmışdır,Agdamdan sonra Fizuliyə, Fizulidən Tərtər rayonuna aparmıṣlar.Tərtərin "Marqusavan" kəndində gedən agır döyüşlərdə şəhid olmuşdu , 05.05.1994 -cü ilde Sumqayıt şəhərində Şəhidlər xiyabanında dəfn olunmuşdur.

bottom of page