top of page

İsmayılov Orxan
Zöhrab oğlu
23.01.1990 - 04.10.2020

Foto

Həyat hekayəsi

İsmayılov Orxan Zöhrab oğlu 23.01.1990-cı ildə Ucar rayonunun Məlikballı kəndində anadan olub. 01.09.1997-ci ildə bakı şəhəri Xətai rayonu Tahir Bağırov adına, 59 saylı məktəbinə daxil olub. 2006-ci ildə 9-cu sinifi bitirdikdən sonra, təhsilini Ucar rayonunun Məlikballı kənd tam orta məktəbində (10-11 ci sinfi ) davam etdirib. 2008-ci ildə, 11-ci sinfi bitirib, həmn ildə hərbi xidmətə yollanır. Hərbi xidmətini Bərdə rayonunun Xanağalı kəndində, tankçı vəzifəsində xidmətə başlayıb. 02.01.2010-cu ildə hərbi sıralarından ehtiyata buraxılır, həmin ildən avtomobil servisində çilingər işləməyə başlayıb. 25.11.2011-ci ildə ailə həyatı qurub, iki oğul övladı var. İsmayılzadə Zöhrab Orxan oğlu 27.12.2012- ci ildə anadan olub. İsmayılzadə Ayxan Orxan oğlu 14.02.2014-cü ildə anadan olub. 21.09.2020-ci ildə II Qarabağ müharibəsi ilə əlaqədar könüllü olaraq hərbi xidmətə ( təlimə) yollanıb. 27.09.2020-ci ildə torpaqlarımızın azadlığı uğrunda başlayan II Qarabağ müharibəsinə yollanıb. 04.10.2020-ci ildə Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə, snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. İsmayılov Orxan Zöhrab oğlu Ucar rayonunun Məlikballı kəndində torpağa tapşırılıb. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Fəxri diplom və 2 Fəxri fərmanla təltif olunub. Səbail rayonu icra hakimiyyəti “dəmir yumruq”la təltif edib. Xətai rayon icra hakimiyyəti, Xətai rayonu, 8 Noyabr prospektində, yaşadığı küçəyə “Orxan İsmayılov”un adını verdi.

bottom of page