top of page

Zairli Zahid
Azad oğlu
10.05.2000 – 08.10.2020

Foto

Həyat hekayəsi

Zairli Zahid Azad oğlu 10 may 2000-ci ildə Yardımlı rayonunun Dəlləkli kəndində anadan olmuşdur.2006-cı il 15 sentyabrda Dəlləkli kənd orta məktəbində 1ci sinifə başlamışdır.9 illik orta təhsilini başa çatdırdıqdan sonra AZMİU nəzdində İnşaat kollecinə qəbul olmuş,2019-cu ildə kolleci bitirmişdir.2 iyul 2019-cu ildə hərbi xidmətə çağırılmışdir.Hərbi xidmətə getməmişdən əvvəl o həmişə XTQ snayper olmaq arzusunda idi və bu arzusu da gerçekleşdi.Andiçmə mərasimindən sonra seçim müsabiqəsisini fərqlənmə ilə tamamlayan Zahid artıq Xüsusi Təyinatlı əgər idi.Tezliklə Snayper təlimlərində önə çıxaraq baş snayper seçildi.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə yollanan Zahid "Murovdağ", "Hadrut", "Füzuli","Cəbrayıl"rayonlarının azad olunmasında qəhrəmancasına döyüşmüş,Şəhidlərin təxliyə olunmasında, yaralıların xilas olunmasında yaxından iştirak etmişdir.Onlarla erməni daşnaklarını məhv edən Zahid erməni snayperləri tərəfindən izlənilirdi.Oktyabrn 7-isində Cəbrayıl və Füzuli arasındakı yüksəklikdə gedən qızğın döyüş zamanı minamyot düşməsi ilə Zahid və yanındakı 3 əsgər yaralanır.Zahid yaralı olmasına baxmayaraq onları tək başına təxliyə edib döyüşə qayıdarkən yaxınlıqda olan 8 nəfərlə birgə mühasirəyə düşür. Onların tüstü bombası ataraq xilas olmaq istədiyini eşidən Zahid "Siz çoxsunuz risk etməyin,tüstünü mən ataram "demiş və atmaq üçün ayağa qalxanda urəyindən snayperlə vurularaq qəhrəmancasına şəhid olmuşdur.Şəhadətə qovuşanana qədər onlarla həyatın xilaskarı olan Zahid 8 oktyabr 2020-ci ildə Dəlləkli kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən ölümündən sonra Zairli Zahid "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə və "Rəşadət ordeni" ilə təltif olunmuşdur.

bottom of page