top of page

Şıxıyev Vüqar
Xalid oğlu
07.08.1971 – 09.12.2020

Foto

Həyat hekayəsi

Şıxıyev Vüqar Xalid oğlu 1971-ci ildə İsmayıllı şəhərində anadan olub. 1978-ci ildə İ.Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olub. Məktəbin ictimai tədbirlərində fəal iştirak edib. 1987-ci ildə riyaziyyat üzrə respublika olimpiadasında iştirak edərək fəxri fərmanla təltif edilib.1988-ci ildə Azərbaycan Texnologiya Universitetinin Maşınqayırma fakültəsinə qəbul olub, 1992-ci ildə oranı bitirib və ona leytenant hərbi rütbəsi verilib. Fərdi sahibkarlıqla məşğul idi.
Vətən Müharibəsi başlayanda ehtiyatda olan zabit kimi orduya sentyabrın 21-dən cəlb olunmuş, Talış,Suqovuşanın işğaldan azad edilməsində artilleriya zabiti kimi fəal iştirak etmişdir.
Ailəli idi,iki övladı var; oğlu Naxcıvan Dövlət Universitetində stomotologiya fakultəsində, qızı isə tam orta məktəbdə təhsil alır.
Vətən Müharibəsində zəfərimizi əldə etdikdən bir müddət sonra dekabrın 8-9 keçən gecə 2020- ci il tarixində hərbi xidməti davam etdirərkən vəfat etmişdir.
Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncamına əsasən Şıxıyev Vüqar Xalid oğlu "Qarabağ"ordeni ilə, “Vətən uğrunda” , "Suqovuşanın azad olunmasına görə” , "Cəsur döyüşçü" , "Vətən müharibəsi iştirakçısı" medalları ilə (ölümündən sonra) təltif edilmişdir.
Vüqar onu tanıyanların yaddaşında gülərüz,mehriban bir dost və vətənini sevən əsl vətəndaş, nümunəvi insan olaraq yaşayacaqdır.

bottom of page